Deputatlar gələn ilin büdcəsinİ TƏSDİQLƏDİ

Deputatlar gələn ilin büdcəsinİ
büdcə
Gündəm 26-11-2024 - 16:13

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxatılıb.

Ajans.az Modern.az-a istinadən xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul edilib.

2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çox), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1 % çox) olacağı gözlənilir.

PAYLAŞ: