Dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
Dekabrın 18-i saat 12:00-a olan faktiki hava açıqlanıb.
Ajans.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi müşahidə olunur.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrdir.