DƏHŞƏT: Qızı qaçırtdı, hotelə apardı və... - TƏFƏRRÜAT

DƏHŞƏT: Qızı qaçırtdı, hotelə apardı və... -
Təcavüzkar
Kriminal 20-11-2024 - 15:05

İngiltərənin Dorset bölgəsində dəhşətli hadisə baş verib.

Ajans.az xəbər verir ki, 29 yaşlı Eşli Leysi-Prinq bir qadını dörd gün hotel otağında saxlayıb və ona dəfələrlə cinsi təcavüz edib.

4-8 fevral 2022-ci il tarixləri arasında baş verən hadisədə zərərçəkmiş qadın dörd gündən sonra hotel rəhbərliyindən kömək istəyə bilib. İki zorlama, iki cinsi təcavüz və bir ağır bədən xəsarəti ittihamı ilə mühakimə olunan Prinq təqsirli bilinərək 15 il həbs cəzasına məhkum edilib.

Məhkəmədə sübuta yetirilib ki, təcavüzkar Prinq qadını hotel otağında zorla saxlayıb və bu müddət ərzində sistematik şəkildə ona cinsi təcavüz edib. Məhkəmə Prinqi bütün ittihamlar üzrə təqsirli bilib. “DailyMail” qəzetinin yazdığına görə, təcavüzkarın keçmişdə 30 müxtəlif cinayətə görə cinayət keçmişi olduğu üzə çıxıb. Məhkəmə 15 illik həbs cəzasına əlavə olaraq, Prinqi ömürlük cinsi cinayətkarlar reyestrində qalmağa da məhkum edib. İşə baxan prokurorluq təyin olunan cəzanın oxşar cinayətlərin qarşısının alınması üçün çəkindirici olduğunu vurğulayıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: