Biləsuvarda 64 yaşlı kişinin meyiti tapıldı

Biləsuvarda kişi meyiti tapılıb.
Ajans.az xəbər verir ki, meyit şəhərin Fikrət Əmirov küçəsində aşkarlanıb.
Cəsədi aşkar olunan şəxsin 1961-ci il təvəllüdlü Hacırza Əbülfət oğlu İbrahimovun olduğu bildirilir
İlkin məlumata görə, H.İbrahimov yaşadığı mənzilin həyətində özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.