COP29 zamanı mağaza və restoranlar bağlanmayacaq - RƏSMİ

COP29 zamanı mağaza və restoranlar bağlanmayacaq -
Gündəm 29-10-2024 - 16:23

COP29-la bağlı müxtəlif mağaza, restoran, gözəllik salonları və digər bu kimi iaşə obyektlərinin fəaliyyəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb.

Ajans.az-ın məlumatına görə, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf məlumat verib.

O qeyd edib ki, bu səbəbdən onların iş rejimində hansısa dəyişikliyin olması gözlənilmir.

Ayan Nəcəfin sözlərinə görə, Bakıda İqlim fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirildiyi 12-13 noyabr tarixlərində bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq.

“Həmin tarixlərdə işə gedən vətəndaşları çətinlik yaşanmasın deyə, daha çox ictimai nəqliyyatdan, xüsusən, yeraltı nəqliyyatdan istifadə etməyə çağırırıq”, - Şura üzvü APA-ya açıqlamasında deyib.

PAYLAŞ: