Çində yayılan virus sürətlə Qərbə GƏLİR: Qazaxıstanda da yoluxma qeydə alındı

Çində yayılan virus sürətlə Qərbə GƏLİR:
Dünya 05-01-2025 - 19:21

Çindən sonra Qazaxıstanda da metapnevmovirus infeksiyasına yoluxma halları qeydə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin "Telegram" kanalında məlumat verilib.

Qeyd olunur ki, epidemiya başlayandan 8 360 xəstəlik halı aşkarlanıb ki, onlardan 30 nəfəri metapnevmovirusa yoluxub.

Bundan başqa, oktyabrın 1-dən Qazaxıstanda ümumilikdə 2 002 335 respirator virus KRVİ və 941 laborator təsdiqlənmiş qrip hadisəsi qeydə alınıb.

PAYLAŞ: