Almaniyanın keçmiş prezidenti vəfat etdi

Almaniyanın keçmiş prezidenti
vəfat
Dünya 01-02-2025 - 15:24

Almaniyanın 9-cu prezidenti Horst Köhler 81 yaşında vəfat edib.

Ajans.az xəbər verir ki,  Almaniya Rəyasət Heyətindən verilən açıqlamaya görə, 2004-2010-cu illərdə Almaniya prezidenti vəzifəsini icra edən prezident Horst Köhler bu gün səhər saatlarında ağır xəstəlikdən dünyasını dəyişib.

Horst Köhler 23 may 2004-cü ildə Almaniyanın 9-cu prezidenti seçilib və 2009-cu ildə keçirilən seçkilərlə vəzifəsini davam etdirib. Lakin o, 2010-cu il martın 31-də səhhətində yaranan problemlə əlaqədar tutduğu vəzifədən istefa verib.

PAYLAŞ: