Bu ölkələr Amerika seçkilərini sarsıtmaq üçün saxta iddialar SƏSLƏNDİRİR - KƏŞFİYYAT
ABŞ kəşfiyyat rəsmiləri bildirib ki, xarici rəqiblər noyabrın 5-dən sonra seçkilərin nəticələrini şübhə altına salmağa çalışacaq.
Ajans.az xəbər verir ki, rəsmilər prezidentlik “yarış”larından əlavə, Rusiya, Çin və Kubanın Konqresdəki məsələlərə qarışmaq niyyətində olduğunu deyib. Belə ki, onların fikrincə xarici rəqiblər saxta iddialar səsləndirməklə, səslərin sayılması ilə bağlı öz dezinformasiyalarını yaymaqla amerikanların noyabrda keçiriləcək seçkilərin nəticələrinin legitimliyinə inamını sarsıtmağa çalışacaq.
Rusiya, Çin, İran və Kuba rəsmiləri isə hökumətlərinin ABŞ seçkilərinə müdaxilə və ya təsir göstərməyə çalışdığını inkar edir.