İsraildən sərt mesaj: Hizbullahın yeni liderini də öldürəcəyik!

İsraildən sərt mesaj:
Dünya 29-10-2024 - 18:07

İsrail müdafiə naziri Yoav Qallant Hizbullaha yeni lider seçilməsinə münasibət bildirib.

Ajans.az xəbər verir ki, bu barədə o, özünün "x" hesabında yazıb.

O, təşkilatın yeni Baş katibi Naim Qasımı ölümlə hədələyib. “Təyinat müvəqqətidir və uzun müddət çəkməyəcək”, - Qallant qeyd edib.

Xatırladaq ki, Hizbullahın keçmiş lideri Həsən Nəsrullahın müavini Naim Qasım bu gün təşkilatın yeni Baş katibi seçilib.

Naim Qasım 1953-cü ildə Livanın Keferkila bölgəsində anadan olub. Evli və altı uşaq atası olan Naim Qasım ilahiyyat təhsili alıb. Daha sonra Livan Universitetində kimya üzrə bakalavr təhsilini tamamlayıb.

Universiteti bitirdikdən sonra 6 il kimyadan dərs deyən Naim Qasım Müsəlman Tələbələr Birliyinin qurucuları arasında yer alıb.

1974-1988-ci illərdə İslam Dini Təhsil Dərnəyinin başqanı vəzifəsində çalışıb. “Hizbullah” hərəkatının yaranmasında mühüm rol oynayan Naim Qasım 1991-ci ildə baş katibin müavini təyin olunub.

Bu il sentyabrın 27-də İsrail tərəfindən həyata keçirilən hava hücumu nəticəsində Həsən Nəsrullahın öldürülməsi Şeyx Naim Qasımın “Hizbullah”ın yeni lideri seçilməsinə səbəb olub.

PAYLAŞ: