Paşinyan Bərzani ilə görüşdü

Paşinyan Bərzani ilə görüşdü
Dünya 15-02-2025 - 17:57

Ermənistan Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İraq Kürd Muxtariyyətinin prezidenti Nəçirvan Bərzani ilə görüşüb.

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Tərəflər ikitərəfli ticari-iqtisadi əməkdaşlıqdan məmnunluq ifadə ediblər və iqtisadi münasibətlərə əlavə təkan verəcək işgüzar əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Bundan başqa, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində ardıcıl addımların atılmasının önəmi bildirilib.

PAYLAŞ: