Bu ölkədə güclü zəlzələ OLDU

Dünya
17-03-2025 - 09:08
Efiopiyada güclü zəlzələ baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat verib.
Seysmik hadisə bazar günü, martın 16-da qeydə alınıb. Yeraltı təkanların maqnitudası 5,1-ə çatıb ki, bu da güclü zəlzələ hesab olunur. Zəlzələnin episentri 213 min nəfər əhalisi olan Nazaret şəhərindən 143 kilometr şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zərərçəkənlər və mümkün infrastruktur zədələri barədə məlumat verilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
Oxşar xəbərlər
Zelenski BRİKS sammitinə səfər etdiyi üçün onu Ukraynaya gəlməsinə İCAZƏ VERMƏDİ
Dünya15:41 / 25-10-24