Yunanıstan ikinci turda da prezident seçə bilmədi

Yunanıstan ikinci turda da prezident
Yunanıstan
Dünya 31-01-2025 - 16:11

Yunanıstan parlamenti səsvermənin ikinci turunda yeni prezidenti seçə bilməyib.

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, mühafizəkar hökumətin namizədi Konstantinos Tasulas 200 səs baryerinə çata bilməyib.

Seçki prosesi fevralın 6-da keçiriləcək üçüncü turla davam edəcək. Bu turda prezident seçilmək üçün 180 səs lazım olacaq.

Namizədlərdən heç biri bu rəqəmə çatmasa, seçilmək üçün lazım olan səslərin sayını 151-ə endirməklə, son tur fevralın 11-də keçiriləcək. Tasulasın yeni Demokratiya Partiyasının 300 yerlik parlamentdə 156 yer qazanması sayəsində son turda seçiləcəyi gözlənilir.

PAYLAŞ: