Bu ölkə maksimum inflyasiya ilə ÜZLƏŞDİ

Kərə yağı, pendir və yumurtanın qiymətlərinin artması ilə İngiltərədə ərzaq inflyasiyası son beş ayın ən yüksək səviyyəsinə çatıb.
Ajans.az xəbər verir ki, bu barədə Britaniya Pərakəndə Konsorsiumuna (BRC) istinadən Financial Times qəzeti yazıb.
Yanvarda bu inflyasiya 1,6 faizə, fevralda isə 2,1 faizə yüksəlib. İki faiz həddi 2024-cü ilin sentyabrından bəri ilk dəfə aşılıb. İngiltərə Bankı hesab edir ki, bu ilin ortalarına qədər ümumi inflyasiyanın səviyyəsi indiki 3 faizdən 3,7 faizə yüksələcək. BRC hesab edir ki, İngiltərədə ərzaq inflyasiyası ilin ikinci yarısına qədər dörd faizi keçəcək. Qlobal qəhvə qiymətlərinin artması bunda rol oynaya bilər.
Rəsmi rəqəmlərə görə, İngiltərədə ərzaq qiymətləri 2025-ci ilin yanvarında 2021-ci ilin yanvar ayı ilə müqayisədə təxminən 35 faiz baha olub.
Bu ilin yanvar ayında funt sterlinq 2023-cü ilin sonundan bəri ən aşağı səviyyəyə enərək 1,22 dollara düşüb. Hadisələr daha sonra qlobal istiqrazların satışı ilə əlaqələndirilib və bu, Böyük Britaniya hökumətinin borclanma xərclərinin son 16 ilin ən yüksək səviyyəsinə çatmasına səbəb olub. Analitiklər Böyük Britaniyanın yavaşlayan artım və davamlı inflyasiya ilə üzləşdiyini bildiriblər. Ölkə iqtisadiyyatı durğunlaşır, əmək bazarı sürətlə pisləşir.