"Brent" nefti kəskin UCUZLAŞDI

"Brent" nefti kəskin
İqtisadiyyat 04-04-2025 - 09:23

Enerji bazarı artan ticarət müharibəsi və OPEC+-dan gözlənilməz tədarük artımı ilə üzləşdiyi üçün neft qiymətləri cümə axşamı günü təxminən üç ildə ilk dəfə kəskin ucuzlaşıb.

 Ajans.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 ABŞ-ın xam neft fyuçersləri 6,6 faiz ucuzlaşaraq bir barel üçün 66,95 dollar olub. Bu, 2022-ci ilin iyul ayından bəri xam neft qiymətlərindəki ən böyük bir günlük enişdir.

 "Brent" markalı neft 6,4% azalaraq 2022-ci ilin avqustundan bu yana ən yüksək səviyyəyə enərək 70,14 dollar/barelə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: