ABŞ Çin mallarına tətbiq olunan idxal rüsumlarını 104%-dək artırıb

ABŞ Çin mallarına tətbiq olunan
Gündəm 08-04-2025 - 22:59

ABŞ Çin Xalq Respublikasından idxal olunan məhsullara gömrük rüsumlarını 104%-ə qədər yüksəldib.

Ajans.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levit məlumat yayıb .

Onun sözlərinə görə, yeni rüsumlar aprelin 9-dan etibarən qüvvəyə minəcək.

O bildirib ki, bu addım Çinin cavab tədbirlərinə reaksiya olaraq atılıb.

“Çinin cavab tədbirləri qəbul etməsi səhv addım idi”, – Levit vurğulayıb.

PAYLAŞ: