Millimiz Monteneqro ilə heç-heçə etdi

Millimiz Monteneqro
Gündəm 08-04-2025 - 22:49

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib.

 Ajans.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan milli Monteneqro yığmasının qonağı olub.

Nikşiç şəhər stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Azərbaycan yığmasının heyətində yeganə qolu 54-cü dəqiqədə Mana Mollayeva vurub.

Siyasət Əsgərovun yetirmələri bu nəticə ilə xal sayını 5-ə çatdırıb. Milli komanda Monteneqro ilə eyni xala malik olduğu üçün 1 və 2-ci pillələri bölüşdürür.

Qeyd edək ki, Azərbaycan milli komandası növbəti matçını mayın 30-da evdə Litva seçməsinə qarşı keçirəcək.

PAYLAŞ: