Myanmada güclü zəlzələnin ardınca 98 afterşok qeydə alındı

Myanmada güclü zəlzələnin
Gündəm 08-04-2025 - 22:08

Myanmada martın 28-də baş verən dağıdıcı zəlzələdən sonra maqnitudası 2,8-dən 7,5-ə qədər olan 98 afterşok qeydə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya və Hidrologiya Departamenti bildirib.

Qeyd edək ki, Myanmada 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 3600-ə çatıb, daha 5017 nəfər yaralanıb, 160 nəfər isə hələ də itkin düşmüş sayılır.

PAYLAŞ: