Boğazında badam qırıntıları qalan körpə öldü
Ağdaşda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Ajans.az xəbər verir ki, hadisə yanvarın 26-da saat 20:30 radələrində Ağdaş şəhərində qeydə alınıb.
Belə ki, 2023-cü il təvəllüdlü Kamran Şükran oğlu İsayev kəskin tənəffüs çatışmazlığı və bronxit bronxosdisiyası diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb.
Körpə yanvarın 27-də saat 13 radələrində xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.