Binəqədidə 39 yaşlı qadının meyiti tapıldı

Hadisə
11-10-2024 - 14:22
Bakı şəhər Binəqədi rayonu ərazisində evlərin birində meyit tapılıb.
Ajans.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Səbinə İlizarovna Şərifovanın meyiti yaşadığı Binəqədi qəsəbəsi 3-cü Mədən massivindəki mənzildə tapılıb.
Meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.