Biləsuvarda bu silahlar polisə təhvil verildi

Biləsuvarda bu silahlar
Gündəm 17-02-2025 - 20:21

Biləsuvar rayonunda qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib.

Ajans.az xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində növbəti profilaktik tədbirlər keçirilib.

Tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan müxtəlif markalı 15 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

PAYLAŞ: