Bəturə Hüseynova: Sahib məni təhqir etdi

Bəturə Hüseynova:
Şou Biznes 10-03-2025 - 16:35

Tanınmış ifaçılardan biri olan Bəturə Hüseynova,’’Rəngarəng’’ verilişində qonaq olarkən keçmiş duet ortağı ilə yaşadığı gərginlikdən danışıb.
Ajans.az xəbər verir ki, müğənni səhnədə tək buraxıldığını və bunun bir xanım üçün təhqir olduğunu bildirib.
Bəturə xanımın sözlərinə görə, o, tədbirə dəvət olunarkən Sahib İbrahimov tərəfindən Bəturə xanımla birgə çağırılmasını xahiş edib. Lakin gözlənilməz şəkildə səhnədə tək buraxılıb və bu, onun üçün böyük bir zərbə olub:
"Azərbaycan musiqi tarixində heç bir qadın duet ortağı tərəfindən tək qoyulmayıb. Amma mən səhnədə tək buraxıldım. Həmin an o insan mənim üçün son oldu. Çünki bu davranış bir xanım üçün təhqirdir."
Sənətçi deyib ki, duet ortağı başqa biri ilə duet oxuyaraq onu xəbərsiz qoyub və iş birliyinin bitdiyini belə bildirməyib:
"Əgər iş birliyimiz bitirdisə, bunu açıq şəkildə deməli idi. Mənə heç bir xəbərdarlıq etmədən başqa biri ilə duet oxudu. Amma bunu mən etsəydim, nələrin baş verəcəyini düşünmək belə istəmirəm."
Müğənni əlavə edib ki, 35 il əvvəl birlikdə duet oxumağa başlayanda duet ortağının populyarlığa ehtiyacı var idi:
"Çoxları deyir ki, onun populyarlığa ehtiyacı yoxdur. Bəlkə də indi yoxdur, amma vaxtilə var idi. Asif Kərimov bizi buna görə bir araya gətirmişdi. Sahib İbrahimov musiqi camiyasında əsəbi biri kimi tanınır və onun sağı-solu bəlli olmur’’. 
 Mən isə düşündüm ki, Allah belə məsləhət bilib. Sən mənə ziyan vurmadan getməli idin."
Bəturə xanım aparıcı Zaur Nəbioğlunun "Əgər Sahib bəy sizdən üzr istəsə, yenidən barışarsınızmı?" sualını belə cavab verib: 
"Həmin an insanın psixologiyası dəyişə bilər. Bu suala dəqiq cavab verə bilmərəm".

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: