Bəşər Əsədin iqamətgahı ələ keçirildi

Bəşər Əsədin
Gündəm 01-12-2024 - 21:38

Suriya müxalif qüvvələri ölkə Prezidenti Bəşər Əsədin Hələbdəki iqamətgahını ələ keçirib.

Ajans.az xəbər verir ki, bu barədə görüntülər teleqram kanallarında yayılıb.

Bəşər Əsəd isə öz növbəsində müqavimət göstərəcəyini bəyan edib:

“Terror yalnız gücün dilini başa düşür və biz onunla onları sındıracağıq!”

Qeyd edək ki, Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsində ilk dəfədir ki, Bəşər Əsəd rejimi Suriyanın ikinci ən böyük şəhəri Hələb üzərində nəzarəti itirir.

PAYLAŞ: