Bəşər Əsədin qaçmağa çalışdığı təyyarə qəzaya uğrayıb? - İDDİA
Bəşər Əsədin naməlum istiqamətə qaçmağa çalışdığı yük təyyarəsi Il-76 qəzaya uğrayıb.
Ajans.az xəbər verir ki, bu barədə “Clash Report” nəşri yazıb.
Mənbə iddia edir ki, təyyarə hündürlüyünü itirib və Livan yaxınlığında radarlardan itib və nəticədə partlayıb.
American Axios FlightRadar məlumatlarına istinadən həmçinin bildirir ki, Bəşər Əsədi daşıyan İl-76 təyyarəsi kəskin enişdən sonra radarlardan itib.
Müxalifət təyyarənin vurula biləcəyini iddia etsə də, hələ ki, təsdiqi yoxdur.