"Batman" aktyorunun ölüm səbəbi bəlli oldu

"Batman" aktyorunun ölüm səbəbi
Şou Biznes 11-04-2025 - 15:47

İnternetdə "Batman Forever"in aktyoru Val Kilmerin ölüm şəhadətnaməsi yayılıb.

Ajans.az xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, sənəddə sadalanan ölüm səbəbi pnevmoniya, həmçinin kəskin hipoksemik tənəffüs çatışmazlığı, xroniki tənəffüs çatışmazlığı, dil kökünün skuamöz hüceyrəli karsinoması olub.

Daha əvvəl TMZ xəbər vermişdi ki, "Betmen Forever" filmi ilə tanınan 66 yaşlı aktyor həyatının son aylarında yataqdan qalxa bilməyib; bədəni və üzü kəskin şəkildə şişmişdi. Sənətçinin qohumları pərəstişkarlarının aktyorun eybəcər hala düşdüyünü xatırlamalarını istəmədiyi üçün ötən illərdən video və fotolar yayımlayıblar.

Onu da əlavə edək ki, Kilmer boğaz xərçəngi ilə mübarizə aparıb və 2015-ci ildə az qala səsini itirib. Aktyor sağalmanın bir çox müxtəlif üsullarını sınayıb, həkimlər hətta ona süni intellektlə müalicə etməyi təklif ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: