Dünya ulduzunun yeni fotoları YAYILDI: Onu belə görməmisiniz!

Dünya ulduzunun yeni fotoları YAYILDI:
Şou Biznes 14-04-2025 - 16:02

Amerikalı müğənni Madonnanın (tam adı: Madonna Louise Veronica Ciccone) filtrsiz fotoları internetdə yayılıb.

Ajans.az xəbər verir ki, materialı “Daily Mail” nəşr edir.

66 yaşlı müğənni Nyu Yorkdakı Mərkəzi Parkda velosiped sürərkən paparassilərə tuş gəlib. Ulduz qara pencək, tayt və şalvar, həmçinin papaq və gün eynəyi taxıb.

O, dodaqlarına da çəhrayı pomada çəkib. Eyni zamanda, kadrlarda məşhurun ​​üzündəki qırışlar və qeyri-bərabər dəri teksturasını əks olunub. Onun getdikcə qocalması da izləyicilərin diqqətindən yayınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: