Məşhur reperə "qırmızı kart": İanəsi RƏDD EDİLDİ!

Məşhur reperə "qırmızı kart":
Şou Biznes 14-04-2025 - 11:30

Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfi (TÜGŞAV) terror təşkilatına dəstək verən açıqlamaları ilə gündəmə gələn və "Ezhel" ləqəbi ilə tanınan rep sənətçisinin etdiyi ianəni qəbul etmədiyini açıqlayıb. 

Ajans.az xəbər verir kİ, vəqfdən verilən açıqlamada, "Bölücü terror təşkilatına dəstək verən və Türkiyə Respublikasına girişi qadağan olunan heç bir şəxsdən yardım və ianə qəbul etmirik," – deyə bildirilib.

Maqazin dünyasında Ezhel adı ilə tanınan rep ifaçısı, qazandığı bir məhkəmə nəticəsində əldə etdiyi təzminatı TÜGŞAV-a bağışladığını şəxsi sosial media hesabında açıqlayıb. Lakin bu paylaşımın ardından vəqf, onun ianəsini qəbul etməyəcəklərini bəyan edən rəsmi açıqlama yayıb.

TÜGŞAV-ın rəsmi açıqlamasında deyilir:

"Ezhel adı ilə tanınan bir sənətçi, qazandığı məhkəmə nəticəsində aldığı təzminat məbləğini vəqfimizə bağışlamışdır. Lakin bölücü terror təşkilatına dəstək açıqlamaları ilə gündəmə gələn və Türkiyə Respublikasına girişi qadağan olunan heç bir şəxsdən ianə və yardım qəbul etmirik. Sabah səhər saatlarında vəqf hesabımıza köçürülmüş məbləğ həmin şəxsin hesabına geri qaytarılacaqdır. Əgər bir gün haqqında səslənən ittihamlardan təmizlənər və Türkiyəyə giriş hüququ qazanarsa, bağışını şəxsən gətirib təqdim etməsi üçün onu vəqfımıza dəvət edirik."

Qeyd edək ki, bu hadisə sosial mediada geniş əks-səda doğurub. İctimaiyyətin bir hissəsi vəqfin prinsipial mövqeyini alqışlasa da, digərləri Ezhelin ianəsinin məqsədindən asılı olmayaraq rədd edilməsini tənqid ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: