“Övladımın atası evlidir” – Müğənnidən şok etiraf!

“Övladımın atası evlidir” –
Şou Biznes 15-04-2025 - 20:04

Müğənni Ülviyyə Namazova şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib.

Ajans.az xəbər verir ki, o, “Rəngarəng” verilişində qonaq olarkən övladının atasının evli olduğunu etiraf edib:

“Mənim övladımın atası evlidir, bunu danmıram. Həyatda insan heç nəyi qınamamalıdır. Mən efirdə çıxıb ‘ərim, ərim’ demirəm, nə də kiməsə acıq vermirəm,” – deyə sənətçi bildirib.

Namazova qeyd edib ki, heç kəs onun nələr yaşadığını və hamiləlik dövründə hansı çətinliklərdən keçdiyini bilməz:

“Kənardan baxıb qınamaq çox asandır. Amma heç kim mənim hansı streslər yaşadığımı bilə bilməz.”

Səmimi açıqlamaları ilə diqqət çəkən müğənni münasibətlər və şəxsi həyatına dair danışarkən emosional anlar da yaşayıb.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: