Tanınmış reper SAXLANILDI

Tanınmış reper
Şou Biznes 15-04-2025 - 13:31

Rep dünyasının tanınmış adlarından olan Sansar Salvo ləqəbli Ekincan Arslan atasını döydüyü videoları ilə gündəmə gəlib.

Ajans.az xəbər verir ki, Arslan sosial şəbəkədə paylaşdığı videolardan sonra saxlanılıb.

Kliplərində narkotik istifadəni təşviq etdiyi səbəbilə həbs edilən və mart ayında azadlığa çıxan Sansar Salvo ləqəbli Ekincan Arslan dünən sosial media hesabında atasına qarşı zorakılıq göstərdiyi videolarını paylaşıb.

Reaksiya ilə qarşılanan videolar xəbər kimi qiymətləndirilib və Arslan ötən gecə nəzarətə götürülüb. Reper sosial media hesabında " Həbs ... Pul üçün həyatımı məhv etdilər" , - deyə, post paylaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: