“Məni izləyirlər” dedi və yox oldu — Bankirin faciəli sonu...

“Məni izləyirlər” dedi və yox oldu —
Kriminal 18-04-2025 - 12:53

Amerikalı bankir Qrant Barrın İspaniyada müəmmalı şəkildə itməsi və iki aydan sonra ölü tapılması ailəsini sarsıdıb.

Ajans.az xəbər verir ki, 36 yaşlı Barr, yanvar ayında ailəsinə gözəl bir kurortdan zəng vuraraq anasına bilet almışdı. Elə həmin gün panika içində qardaşı Ceymsə zəng edərək kömək istədi: “Məni izləyirlər, kömək et.”

Ceyms dərhal ailəsi ilə birlikdə İspaniyaya uçub və onlar Qrantı axtarmağa başlayıblar. Lakin 29 yanvarda itkin düşdüyü rəsmi qeyd edilib. Ailə günlərlə piyada ərazini gəzib, yerli sakinlərlə danışıb, ABŞ-nin Dövlət Departamenti və FTB ilə əlaqə saxlayıb.

Fevralda bir nəfər Qrantın sənədlərini və geyimlərini tapıb. Apreldə isə Qrantın meyiti sudan tapılıb və şəxsiyyəti DNT testi ilə təsdiqlənib. Ölüm səbəbi — boğulma.

Qardaşı Ceyms bildirir ki, Qrantın son zamanlar psixoloji çətinlikləri olsa da, ailə onun istirahətə gedib rahatlaşacağını düşünürdü. Amma onlar yalnız onun ölüm xəbəri ilə qarşılaşdılar.

“Boşluq böyükdür, bu ağrı heç vaxt keçməyəcək,” – deyə Ceyms bildirib.

Ölümün həqiqətən boğulma, yoxsa, naməlum insanlar tərəfindən öldürülmə olub-olmaması hələ də araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: