Bakıya bu tarixdə qar yağacaq

Bakıya bu tarixdə qar yağacaq
Cəmiyyət 14-02-2025 - 16:41
 1861

Növbəti günlərdə hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi gözlənilir.

Ajans.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, ölkəyə şimaldan soyuq hava kütləsi daxil olacaq:

“Qış mövsümünün təsiri ilə yaxın günlərdə hava şəraitinin dəyişkən və qeyri-sabit olması gözlənilir. Şimaldan ölkəmizə daxil olan soyuq hava kütlələri səbəbindən ayın sonuna doğru Bakı və Abşeron yarımadasında qar yağma ehtimalı yüksəkdir” - Mahmudov deyib.

PAYLAŞ: