Bakıda tələbə qızların şəklini çəkdiyi iddia edilən gəncdən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, şəhərdə qızları izləyən və onların fotolarını çəkməyə çalışan bir şəxsin peyda olması ilə bağlı iddialar səslənib.
İddialarda adı keçən şəxs Binyət Həsənov Ajans.az-la əlaqə saxlayıb.
O bildirib ki, haqqında əsaslandırılan müddəalar yanlışdır:
“Həmin xanımı da tapmışam. Dünən ailə üzvlərim də həmin qızla əlaqə saxlayıb. Qızlardan soruşublar ki, bu oğlanı tanıyırsız? Onlar da deyib ki, yox. Qızlar məndən üzr istədilər. Mən də dedim ki, bu kiçik bir şey deyil ki, bağışlayım. Mənim həyatım ortada gedir. Mən günahkar olsam, necə əlimi-qolumu sallayaraq gecə vaxtı bölməyə gedə bilərəm?
Mənim özümün də anam və bacım var. Heç vaxt elə hərəkət etmərəm. Dindar bir şəxsəm. Biz DİN ilə də əlaqə saxlayıb məlumatı bildirmişik. DİN-in səlahiyyətləri o qədər böyükdür ki, onlar heç vaxt icazə verməzdi ki, bu cür günahkar bir şəxs azadlıqda olsun”.