Bakı və Sumqayıtda silah-sursat aşkarlandı

Bakı və Sumqayıtda silah-sursat
Kriminal 02-04-2025 - 14:19

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-dən Ajans.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Nərimanov rayonunda və Sumqayıt şəhərində vətəndaşlar 2 ədəd avtomat silahını könüllü olaraq polisə təhvil veriblər.

Araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: