Dəhşət: Üç məktəblini beyin travması keçirdənə kimi döydü

Çelyabinskdə 22 yaşlı gənc üç lisey şagirdini kəllə-beyin travması keçirənə qədər döyüb.
Ajans.az xəbər verir ki, bu barədə “Ural Mash” adlı “Telegram” kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, rus 148 saylı təhsil müəssisəsinin həyətində oğlanlara hücum edib. Ehtimala görə, oğlan məktəbə gedən yolda bir azyaşlı şagirdi izləyib, qorxaraq kolluqların arasında gizlənib.
Azyaşlılar xəsarətlərlə xəstəxanaya, hücumçu isə polis şöbəsinə aparılıb.