İki bacı evdə güllələnmiş şəkildə tapıldı
Tekirdağ rayonunda 15 yaşlı iki qızın evdə silahla güllələndiyi aşkarlanıb.
Ajans.az xəbər verir ki, Yağmur E. (15) və Kübra Rabia Y. (15) evdə tapança ilə vurulmuş vəziyyətdə tapılıb. Yağmur E elə hadisə yerində həyatını itirib. Xəstəxanaya aparılan Kübra Rabia Y.-ni xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanları iki qızın ölümü ilə əlaqədar geniş araşdırma başlatdı.
Hadisə saat 13:00 radələrində baş verib. Rayonda qadın bərbərində işlədiyi aşkarlanan Yağmur E. işə getmədiyi üçün iş yoldaşları valideynlərinə xəbər verib.
Valideynlər qonşularından evə baxmasını xahiş edib. Lakin heç kəs qapını açmayıb. Nəticədə qonşular ananın onlara verdiyi ehtiyat açarla qapını açıb və iki qızı da qanlar içində tapıb.
İlkin ehtimallar o yöndədir ki, evə oğru və ya oğrular girib. Onlar evdə iki qız gördükləri üçün həyəcanlanıb və qızları öldürüb.