İki həftə öldürdüyü övladlarının cəsədləri ilə yaşadı - ŞOK

İki həftə öldürdüyü övladlarının cəsədləri ilə yaşadı -
Ana
Kriminal 08-11-2024 - 14:34

Braziliyada 33 yaşlı Eliara Paz Nardes 3 yaşlı oğlunu boğaraq, 10 yaşlı qızını isə asaraq öldürüb.

Ajans.az xəbər verir ki, cəsədlərlə iki həftə eyni evdə yaşayan ana qonşuların pis qoxudan şikayət etməsindən sonra yaxalanıb. Maddi və mənəvi sıxıntı yaşadığını, uşaqlarını öldürüb intihar etməyi planlaşdırdığını deyən ana məhkəmə tərəfindən 64 il müddətinə azadlıqdan məhrum edilib.

Ana əvvəlcə 3 yaşlı oğlu Xoakimi yastıqla boğub, daha sonra 10 yaşlı qızı Alisi yatızdırıb və sonra onu asıb. Qonşuların mənzildən xoşagəlməz qoxu gəldiyindən şikayət etməsindən sonra polis evə gəlib. Uşaqların meyitləri çarpayıda tapılıb.

Polis sözçüsü Ana Hass, "Uşaqlar yataqda yatmış kimi görünürdü, lakin onların bədənləri son dərəcə çürümüşdü" ifadələrini işlədib. Ana ifadəsində müxtəlif atalardan olan övladlarına maddi və mənəvi dəstək ola bilmədiyini, əvvəlcə onları, sonra özünü öldürməyi planlaşdırdığını, lakin intihar edə bilmədiyini bildirib.Məhkəmə iki müdafiəsiz uşağı öldürən və meyitləri gizlədən anaya 64 il həbs cəzası verib. Hakimlər vurğulayıblar ki, uşaqlar özlərini müdafiə etmək üçün çox kiçik olduqları üçün cəza nümunə olmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: