Türkiyədə DƏHŞƏT- Uşağının gözü qarşısında arvadını BIÇAQLADI
Türkiyədə dəhşətli hadisə baş verib.
Ajans.az "sabah.coma"a istinadən xəbər verir ki, boşanma mərhələsində olan Dilber K. və Vedat K. məhkəmə binasından çıxaraq yolu keçmək istəyərkən əri Vedat K. onun yanına gəlib və mübahisə yaranıb.
Bu zaman Vedat K. azyaşlı uşağının gözü qarşısında bıçaqla Dilbər K.-ya hücum edib. Bədənində çoxsaylı bıçaq zərbələri ilə ağır yaralanan qadın qanlar içində yerə yıxılıb.
Hadisə yerində ilkin tibbi yardım göstərilən Dilber K.-ya təcili tibbi yardım maşını ilə aparıldığı xəstəxanada tibbi yardım göstərilib. Dilbər K.-nin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisədən sonra qaçan Vedat K. polis tərəfindən yaxalanıb.