Bakı-Şamaxı yolunda sürücülər çətinlik YAŞAYIB: Necə həll olundu? - VİDEO

Cəmiyyət
14-12-2024 - 19:51
Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklə bağlı əraziyə Yol Patrul Xidmətinin və digər aidiyyəti qurumun əməkdaşları cəlb olunub.
Bu barədə Ajans.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Operativ müdaxilələrlə avtomobillərin hərəkəti bərpa olunub.
Meteoroloji şəraiti nəzərə alaraq bir daha sürücülərə tövsiyə olunur ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına diqqət yetirsinlər, sürət həddini hava şəraitinə uyğun seçsinlər.
Oxşar xəbərlər
"Azərsun" Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunub - FOTOLAR
Cəmiyyət14:31 / 28-04-25