Azərbaycanda yeni vergi strategiyası hazırlanıb

İqtisadiyyat
13-02-2025 - 12:18
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illəri əhatə edən strategiyası hazırlanıb.
Ajans.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.
O bildirib ki, bu strategiya bizim yaxın gələcəkdə misiyamızı, dəyərlərimizi müəyyən edir.
"Dövlət Vergi Xidməti innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir" - deyə Orxan Nəzərli əlavə edib.