Azərbaycanda bu təqaüdçülərə "13-cü pensiya" veriləcək? - TƏCİLİ
Azərbaycanda "13-cü pensiya" məsələsi son dövrlərdə cəmiyyətdə müzakirə mövzularından biri olub. Bəzi ölkələrdə bu təcrübə mövcuddur və əlavə pensiya ödənişi il ərzində pensiyaçılara maddi dəstək məqsədilə həyata keçirilir. 13-cü pensiyanın verilməsi dövlət büdcəsindən əlavə maliyyə resurslarının ayrılmasını tələb edir. Bu təcrübə bəzi Avropa ölkələrində pensiyaçıların sosial rifahını yaxşılaşdırmaq məqsədilə həyata keçirilir. Misal olaraq, qonşu Türkiyə və Rusiyada da bu təcrübədən istifadə olunur.
Məsəl üçün, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) struktur təşkilatlarının əməkdaşlarına uzun illərdən sonra “13-cü maaş” veriləcəyi bildirilir. Bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf əmr imzalayıb.
Bəs, Azərbaycanda "13-cü pensiya" verilə bilərmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Ajans.az-a açıqlamasında 13-cü pensiyanın verilməsinin Nazirlər Kabinetinin qərarından və dövlət büdcəsinin maliyyə imkanlarından asılı olduğunu bildirib:
"Məsələ pensiyaçıların rifahının artırılması baxımından əhəmiyyətli olsa da, bunun üçün bəzi iqtisadi analizlərin və dövlət səviyyəsində müzakirələrin aparılması vacibdir. Dövlət büdcəsində pensiyaçılar üçün əlavə maliyyə vəsaiti ayrılması əsas şərtdir. 13-cü pensiya dövlətin sosial siyasətinin bir hissəsi olaraq tətbiq edilə bilər. Büdcənin gəlir və xərcləri balanslı olduğu təqdirdə, bu addım sosial təminatı gücləndirmək üçün mühüm ola bilər.
Ekspert bəzi Avropa ölkələrində bu praktikanın uğurla tətbiq olunduğunu vurğulayaraq, Qonşu Rusiya və Türkiyədə də istifadə olunduğunu deyib:
"Əslində qanunvericilik bunu qadağan etmir. 13-cü pensiya ilə bağlı qərar yalnız dövlət səviyyəsində verilməlidir. Bu prosesdə Nazirlər Kabinetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər aidiyyəti qurumların qərarları mühüm rol oynayır.Bir sıra Avropa ölkələrində bu praktika uğurla tətbiq edilir. Azərbaycan bu təcrübəni araşdıraraq öz şəraitinə uyğun addımlar ata bilər".
Catiq Cəfərli əlavə edib ki, hazırda rəsmi olaraq 13-cü pensiyanın verilməsi ilə bağlı qərar qəbul edilməyib. Amma pensiyaçıların sosial rifahının artırılması istiqamətində hökumət tərəfindən yeni təşəbbüslərin irəli sürülməsi mümkündür. Bu məsələ ilə bağlı ictimaiyyətin marağı artarsa, müzakirələr gündəmə gələ bilər.