Azərbaycan millisinin baş məşqçi postuna bu namizədlər seçildi

Azərbaycan millisinin baş məşqçi postuna bu namizədlər seçildi
İdman 05-03-2025 - 18:13

AFFA futbol üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının (U-21) baş məşqçisi vəzifəsinə namizədlərin qısa siyahısını müəyyən edib.

Ajans.az xəbər verir ki, hazırda siyahıda 3-ü Misli Premyer Liqa klublarına rəhbərlik edən 4 mütəxəssisin adı var: Elmar Baxşıyev ("Araz-Naxçıvan"), Ayxan Abbasov ("Şamaxı"), Azər Bağırov ("Kəpəz") və UEFA-nın məşqçilik kurslarında təlimatçı olan Arif Əsədov.

Yaxın vaxtlarda AFFA İcraiyyə Komitəsinin iclasında bu məsələ və Azərbaycanın müxtəlif milli komandalarının digər məşqçiləri ilə bağlı qərar veriləcək.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: