Azərbaycan-İran sərhədində zəlzələ oldu
Azərbaycan-İran sərhədində 3.1 maqnitudalı zəlzələ olub.
Ajans.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Bildirilib ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkan Yardımlı stansiyasından 14 km şimalda, Azərbaycan-İran sərhdində (İran ərazisində) qeydə alınıb və 26 km dərinlikdə baş verib.
Zəlzələ hiss olunmayıb.