"Azebirja" şirkətində nə baş verir? - Hüquqşünasları DANIŞDI
Xəbər verdiyimiz kimi, kriptovalyuta alqı-satqısı ilə məşğul olan “Aze Bilişim Finance” MMC-nin - “Azebirja Şirkəti”nin fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlayıb.
Ajans.az bir çox vətəndaşın yatırım etdiyi şirkətdə baş verən hadisələrin hansı səbəbdən qaynaqlandığı və həmin şirkətin Mərkəzi Bankda lisenziyası olmadan necə fəaliyyət göstərdiyi ilə bağlı bir neçə suallar ünvanladıq.
Məsələ ilə bağlı sözügedən şirkətin hüquqşünası Rəhim Abbasov Ajans.az-a bildirib ki, “AZE Bilişim Finans” MMC Baş Prokuror yanında Korrupsiya Baş İdarəsinə çağırılma səbəbi barədə ona verilən məlumat şirkətin fəaliyyətinin araşdırılmasıdır:
"Bununla bağlı da biz bütün sənədlərimizi onlara təqdim etmişik, hal-hazırda sənədlər incələnir. Hal-hazırda heç kim dindirilmir, bir neçə işçidən və şirkətin rəhbəti Ali Akşundan izahat alınıb və araşdırma aparılır. Korrupsiya və başqa hər hansısa ittiham yoxdur. Kriptovalyutaların alğı-satqısıyla bağlı hər hansısa lisenziya tələbi yoxdur. Bununla bağlı bizim 2022-ci il 16 dekabr tarixində Mərkəzi Banka sorğu vermişik və cavab olaraq, bu sahənin qanunla tənzimlənmədiyi barədə cavab almışıq. Sorğunun cavabını sizə təqdim edirəm, paylaşa bilərsiniz. Saytımızda qeydiyyat zamanı şəxsiyyət məlumatlarının toplanmasıyla bağlı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyindən lisenziyamız var və onu da sənədlərin içərisində araşdırmaya təqdim etmişik".
O qeyd edib ki, qeydiyyat və onlayn müqavilələr SİMA vasitəsilə imzalanır. Bəli, SİMA ilə də bu fəaliyyət üçün müqaviləmiz var. Bizim tərəfimizdən heç bir əməliyyat donrulmayıb. Onun sözlərinə görə, "AZE Bilişim Finans" MMC-də müştərilər özləri kriptovalyuta alğı-satqısıyla məşğul ola bilirlər:
"Onlara bu barədə hər hansısa vəd verilmir və bu bizim saytımızdü müştərilərlə imzalanan müqavilələrimizdə də öz əksini tapıb. Həmin müqavilələr müştərilər tərəfindən SİMA vasitəsilə imzalanmasa, onlar hər hansısa əməliyyat edə bilmirlər. Əgər bizim öhdəliyimiz üzündən kiməsə zərər dəyibsə, şirkət zərərləri əlbəttə qaytarmağa hazırdır. Əgər əməliyyatlar zamanı bizim öhdəliyimiz üzündən hər hansısa maliyyə problemi yaranıbsa, əlbəttə şirkət olaraq bunun həllinin təminatı verilir".
Hazırda iş araşdırma mərhələsindədir, müştərilərə səbirli olmalarını, tezliklə məsələ öz həllini tapdıqdan sonra fəaliyyətimizi davam etdirəcəyimizi söyləmək istəyirəm. Narahat olmasınlar. Bizim şirkətə etibar etmək olar. Maliyyə dövriyyəmiz barədə verdiyiniz sual kommersiya sirri olduğu üçün bu barədə sualınızı cavablandıra bilməyəcəm.