AYNA ilə bağlı şikayətlərin ardı-arası KƏSİLMİR: O da dilə gəldi
Tanınmış jurnalist Turan İbrahimov sosial şəbəkədəki paylaşımında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) kəskin tənqid edib.
Ajans.az-ın xəbərinə görə, o, bildirib ki, artıq AYNA-nın tənqid olunması inflasiyaya uğrayıb və bu tənqidlər əks effekt verir. İbrahimovun fikrincə, bu durum AYNA-nın öz başına hərəkət etməsinə səbəb olub.
Jurnalist qeyd edir ki, Londonda və Romada geniş yayılan velosiped zolaqları və park yeri təcrübəsi ilə bağlı ölkədən çıxmayanların lağ-lağ etməsi təəccüblüdür. O, insanların bu yeniliklərə adaptasiya olmalarının vacibliyini vurğulayaraq, gəzən və səyahət edənlərin nə üçün bu qədər aqressiv olduğunu sorğulayır.
İbrahimov əlavə edib ki, populizmin yoluxucu olduğunu sosioloqlar sübut edib və AYNA-nın bu tərzdəki fəaliyyətinin düzgün olmadığını bildirib. Sonda o qeyd edir ki, AYNA öz "bazarını" başqa yerdə axtarmalıdır və bəlkə də AYNA-nın özündən arxayın olduğu insanlar ona işləyir.