"Apple" da süni intellektə keçid edir!
“Apple”ın baş direktoru Tim Kuk süni intellekt (AI) alətlərinin yaradılmasından danışıb.
Ajans.az xəbər verir ki, bu barədə sahibkar “The Wall Street Journal (WSJ)” nəşrinə müsahibəsində bildirib.
Kukun sözlərinə görə “Apple” qacetlər üçün süni intellekt funksiyalarını inkişaf etdirən ilk şirkət deyil. Tim Kuk söz verib ki, Apple öz süni intellektini təkmilləşdirəcək və onu dünyanın ən yaxşısı edəcək. Kuk qəzetin müxbirlərini əmin edib ki, korporasiyanın süni intellekt bazarına ilk girənlərdən biri ola bilməməsindən narahat deyil. “Məlum olduğu kimi, yaxşı bir neyron şəbəkəsi yaratmaq həqiqətən çətindir. Bu, çoxlu təkrarlama tələb edir. Hər bir xırdalıq üçün narahat olmaq lazımdır”, - deyə sahibkar etiraf edib.