Anasının işgəncə verdiyi Mələyin son durumu açıqlandı

Anasının işgəncə verdiyi Mələyin
Gündəm 10-03-2025 - 20:23

Mələyin durumu müsbətə doğru gedir, yaraları sağalır.

Ajans.az xəbər verir ki, bu barədə Teleqraf-a "Azərbaycan Uşaqlar Birliyi"nin rəhbəri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, ümumilikdə uşağın özünün psixoloji durumu ilə bağlı gözləntilər bu tezlikdə özünü doğrultmayacaq:

"Artıq gecə yuxuları, qarabasmalar, qışqırıb oyanmalar başlayıb. Gün ərzində daxili sakitlik baş versə də, gecə yenə də narahatlıqlar olur. Artıq bu həftədən həm psixiatra, həm də nəfəs almasında çətinliklər olduğundan, burun-boğaz həkiminə gedəcək".

O, həmçinin bu gün qan testlərinin veriləcəyini bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb. Anası - Fatimə Ramazanova azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf edib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyasının yaydığı məlumatda isə bildirilib ki, anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib.

2002-ci il təvəllüdlü Fatimə Ramazanova isə həbs edilib.

PAYLAŞ: