Tramp bu tarixdə Çinə səfər edə bilər

Tramp bu tarixdə
Gündəm 10-03-2025 - 21:19

Aprel ayında ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Szinpinlə görüşə bilər.

Ajans.az xəbər verir ki, bu barədə Çin mətbuatında məlumat yayılıb.

Bildirilib ki, iki ölkə arasında ilkin müzakirələr zamanı Trampın səfəri gündəmdə olub. Lakin müzakirələrin hansı mərhələdə olması barədə məlumatın olmadığı bildirilib.

Qeyd edək ki, Tramp vəzifəsinin icrasına başladığı ilk 100 gündə Çinə səfər etmək istədiyini bəyan etmişdi.

PAYLAŞ: