Zelenski Ağ Ev qalmaqalına görə Trampdan üzr istədi - Video

Zelenski Ağ Ev qalmaqalına görə
Gündəm 10-03-2025 - 22:29

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampdan Ağ Evdəki məlum qalmaqala görə üzr istəyib.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff məlumat yayıb.

O qeyd edib ki, Zelenski Trampa üzrxahlıq məktubu göndərib.

"Zelenski prezidentə məktub göndərdi. O, Oval kabinetdə baş verən hadisəyə görə üzr istədi. Hesab edirəm ki, bu, mühüm addım idi. Komandalarımız, bu işə qarışan ukraynalılar və avropalılar arasında çoxlu müzakirələr oldu. Mən bunu irəliləyiş adlandırardım", - o vurğulayıb.

Qeyd edək ki, 28 fevralda Ağ Evdə keçirilən görüşdə Zelenski və Tramp arasında (vitse-prezident Vens də daxil olmaqla) mübahisə baş vermiş, nəticədə Zelenski Ağ Evi erkən tərk etmişdi.

PAYLAŞ: