Şolz Münhendəki qəzadan ilk dəfə DANIŞDI

Şolz Münhendəki qəzadan ilk dəfə
Şolz
Gündəm 13-02-2025 - 17:39

Almaniya kansleri Olaf Şolz Münhendə avtomobilin izdihamın üzərinə sürdüyü hadisə ilə bağlı ilk dəfə danışıb.

Ajans.az xəbər verir ki, faciənin günahkarının cəzalandırılmasını və deportasiya edilməsini istəyib. 

Alman siyasətçi maşının sükanı arxasında olan şəxsin qəsdən hərəkət edə biləcəyini vurğulayıb. Ona görə də, yəqin ki, terror aktından danışırıq. Belə şəraitdə bütün mövcud ədalət alətlərindən istifadə etmək lazımdır, deyə, Şolz qeyd edib.

“Qoy hücum edən şəxs heç bir lütf gözləməsin. O, cəzalandırılmalı, ölkəni tərk etməlidir”, - Almaniya kansleri bildirib.

Xatırladaq ki, Münhendə bir qrup etirazçıya hücumla bağlı insident cümə axşamı, fevralın 13-ü günorta saatlarında baş verib. Daha sonra 26 yaşlı Əfqanıstan vətəndaşının idarə etdiyi iddia edilən avtomobil qəsdən insanların üstünə çıxıb. Ən azı 28 nəfər yaralanıb.

 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: