Putin Sahibə Qafarovanı ordenlə təltif etdi

Putin Sahibə Qafarovanı
Gündəm 10-03-2025 - 20:07

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ​sərəncam imzalayıb.

Sərəncama əsasən, Sahibə Qafarova Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində göstərdiyi xidmətlərinə görə, “Dostluq” ordeni ilə təltif olunub.

PAYLAŞ: