Almaniyada sürücü maşını izdihamın üzərinə sürdü: 2 ölü, 25 yaralı - Video

Dünya
03-03-2025 - 16:55
Almaniyanın cənub-qərbində yerləşən Manhaym şəhərində naməlum şəxs avtomobilini insanların üzərinə sürüb.
Ajans.az “Bild”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, daha 25 nəfər isə xəsarət alıb.
İnsidenti törədən şəxs saxlanılıb. Onun hadisəni bilərəkdən törətdiyi və ya bunun bədbəxt hadisə olması hələ məlum deyil.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları şəhəri əhatəyə alıb.